• Bakı-Şamaxı yolu 1,
    Ekologiya postunun yaxınlığı
  • +994 (50) 962 22 99
    info@metaqaz.az

Metaqaz – qaz vur, qazan!

whoare-image

Metaqaz (NGV AZ MMC) dünyanın ən qabaqcıl texnologiyalarından istifadə etməklə avtomobillərə CNG (sıxılmış təbii qaz-metan) və LPG (maye qaz-propan) avadanlıqlarının quraşdırılmasını həyata keçirir.
Müəssisəmizin yüksək standartlara cavab verən, müasir avadanlıqlarla təchiz olunmuş servis mərkəzi mövcuddur. Metaqazın texniki xidmət sahəsi və tətbiq etdiyi avadanlıqlar tam sertifikatlaşdırılıb və standartlara cavab verir.

 

METAQAZ - Avtomobillərə CNG və LPG qaz avadanlıqlarının beynəlxalq təhlükəsizlik standartları ilə zəmanətli quraşdırılması, sınağı və yanacaq təminatı.

 

Metaqaz – qaz vur, qazan!

ətraflı məlumat

Niyə Metaqaz?

  • Sərfəli

    Metaqaz avtoqaz sistemləri ilə yanacaq xərclərinizə təqribən 50% qənaət edəcəksiniz. Müqayisəni ən ucuz-Ai92 markalı benzinlə aparsaq, yanacaq xərclərinə qənaət: CNG sistemində 50-55%, LPG sistemində isə 45%-dir. Misal üçün eyni məsafəyə benzin (Ai92) xərcləriniz 10 manatdırsa, CNG ilə 4,5-5 manat, LPG sistemində isə 5,5 manat olacaq.

  • Təhlükəsiz

    Avtoqaz sistemləri (xüsusən CNG) yüksək təhlükəsizlik tələblərinə cavab verir. Buna görə də bir çox inkişaf etmiş ölkələrdə sərnişindaşımada qazla işləyən avtobuslar geniş tətbiq olunur. Avtoqaz sistemlərində təhlükəsizlik Beynəlxalq və yerli standartlarla tənzimlənir. Metaqaz bu standartlara ciddi riayət edir. Müasir və keyfiyyətli avtoqaz sistemi müvafiq lisenziyalı, sertifikatlaşdırılmış servis stansiyasında peşəkar montaj olunarsa benzində daha təhlükəsizdir.

  • Ekoloji təmiz

    Bütün dünyada nəqliyyat vasitələrinə qoyulan ekoloji tələblər getdikcə sərtləşir. Buna görə də avtomobillərin qaz (xüsusən CNG) yanacaq sistemləri ilə təchiz olunmasına tələbat daha da artır.

    Benzinlə müqayisədə CNG və LPG sistemləri daha ekolojidir.

BƏS SƏN HANSINI SEÇİRSƏN? CNG yoxsa LPG

Metaqaz (NGV AZ MMC) dünyanın ən qabaqcıl texnologiyalarından istifadə etməklə avtomobillərə CNG (sıxılmış təbii qaz-metan) və LPG (maye qaz-propan) avadanlıqlarının quraşdırılmasını həyata keçirir.

Metaqaz üstünlükləri

LPG və CNG sistemi haqqında ən çox verilən suallar və onların cavabları.

  • 01

    Bütün avtomobillərə qaz quraşdırmaq mümkündür?

    Bütün benzin, o cümlədən dizel mühərrikli avtomobillərə qaz avadanlığı quraşdırmaq olar.
  • 02

    Avtomobilə qaz quraşdırılsa benzində işləyəcək?

    Bəli, yanacaq kimi həm benzin, həm də qaz istifadə oluna bilər.
  • 03

    Salonda qaz iyi olacaq?

    Xeyr, sistemin germetikliyi dəqiqliklə yoxlanır.
  • 04

    Avtoqaz sisteminin quraşdırılmasına nə qədər vaxt lazımdır?

    Adətən qaz avadanlığının montajı avtomobildən asılı olaraq 6-10 saat çəkir.
  • 05

    Qazla işləyən mühərrikin gücü azalır?

    Müasir avadanlıqlarda 5%-dək gücün azalması normal hesab olunur.
  • 06

    Qazla işləyən avtomobildə siqaret çəkmək olar?

    Siqaret çəkmək sağlamlığa ziyandır, lakin avtomobil üçün təhlükəli deyil.

Instagram @Metaqaz

Landi Renzo

Landi Renzo 1954-cü ildən etibarən avtonəqliyyat vasitələrində istifadə edilən alternativ yanacaq (LPG və CNG) sistemləri və komponentlərinin layihələndirilməsi, istehsalı üzrə dünya lideridir. Daima yeni texniki tədqiqatlar və dünyanın aparıcı avtomobil istehsalçıları ilə əməkdaşlıq Landi Renzo Group-a imkan verir ki, dünyanın 50-dən artıq ölkəsində ekoloji nəqliyyat vasitələri üçün nəzərdə tutulan məhsullarını yaysın.