• Bakı-Şamaxı yolu 1,
    Ekologiya postunun yaxınlığı
  • +994 (50) 962 22 99
    info@metaqaz.az
about-banner-image

ƏLAQƏ

  • Bakı-Şamaxı yolu 1, Ekologiya postunun yaxınlığı
  • +994 50 962 22 99
  • info@metaqaz.az
Avtoqaz sistemi ilə təchiz olunmuş avtomobilin istismar təlimatı PDF YÜKLƏ
CNG (compressed natural gas - sıxılmış təbii qaz) təbii qazın (əsasən metan) yüksək təzyiqdə kompressorlarla sıxlaşdırılan halıdır.

CNG-nin tərkibi:

metan 80-96%

etan 2-10%,

propan 5%-dək

butan 5%-dək

 

Sıxılmış təbii qaz avtomobillərdə yanacaq kimi istifadə olunduqda sıxılmış halda (200 bar) yüksək təzyiqli balonlara (yalnız silindrik formalı) doldurulur. Bu balonlar avtomobilin baqajına və yaxud alt hissəsinə montaj oluna bilər.

 

Hal-hazırda dünyada sıxılmış təbii qazın (CNG) mühərrik yanacağı kimi yüksək templə yayılmasının əsas səbəblərindən biri də daha ekoloji və qiymətinin ucuz olmasıdır. Ənənəvi yanacaqlardan fərqli olaraq CNG-nin istifadəsi zamanı dəm qazı (CO) miqdarı 90%, CO2 təxmini 24% daha azdır. CNG-nin tərkibində kükürd (S) olmadığı üçün təhlükəli SO tullantıları olmur və yaxud sıfıra yaxındır. Hiss yoxdur, tüstü miqdarı 9 dəfə azdır.

 

Beynəlxalq təcrübəyə nəzər salsaq, STQ (CNG)-ın ən çox istifadə edildiyi ölkələrin sırasında İran, Çin, Hindistan, Rusiya, Argentina, ABŞ, Italia, Avstriya və digər Avropa ölkələri var.

CNG-nin (sıxılmış təbii qaz) əsas texniki göstəriciləri:

İşçi təzyiq - 200 bar

Sıxılmış təbii qazda metanın miqdarı - 90-96%

Oktan rəqəmi - 105-125

Sərfiyyatı - benzindən 10%-dək az

Qiyməti - ən ucuz benzindən (Ai92) 2 dəfə ucuz

Sual və ya təklifiniz var?

MƏSLƏHƏTÇİMİZLƏ BU BARƏDƏ DANIŞA BİLƏRSİNİZ

Sorğu göndər