• Bakı-Şamaxı yolu 1,
    Ekologiya postunun yaxınlığı
  • +994 (50) 962 22 99
    info@metaqaz.az
about-banner-image

ƏLAQƏ

  • Bakı-Şamaxı yolu 1, Ekologiya postunun yaxınlığı
  • +994 50 962 22 99
  • info@metaqaz.az
Avtoqaz sistemi ilə təchiz olunmuş avtomobilin istismar təlimatı PDF YÜKLƏ
Bütün avtomobillərə qaz quraşdırmaq mümkündür?

Nəzəri olaraq bütün benzin, o cümlədən dizel mühərrikli avtomobillərə qaz avadanlığı quraşdırmaq olar. Lakin, bəzi avtomobillərin kuzov konstruksiyası qaz balonlarını quraşdırmağa imkan vermədiyinə görə DYP-də müvafiq icazəyə razılıq verilmir.

 

Avtomobilə qaz quraşdırılsa benzində işləyəcək?

Bəli, yanacaq kimi həm benzin, həm də qaz istifadə oluna bilər. Bir yanacaq növündən digərinə salondakı çeviricinin düyməsini sıxmaqla keçmək olar.

 

Salonda qaz iyi olacaq?

Xeyr, sistemin germetikliyi dəqiqliklə yoxlanır. Ümumiyyətlə CNG (metan) iysiz qazdır. LPG-də (maye qaz-propan) isə yanmadan sonra işlənmiş qazların özünəməxsus qoxusu hiss oluna bilər.

 

Avtoqaz sisteminin quraşdırılmasına nə qədər vaxt lazımdır?

Adətən qaz avadanlığının montajı avtomobildən asılı olaraq 6-10 saat çəkir.

 

Propanla metanın fərqi nədir və yanacaq sərfiyyatı nə qədərdir?

Propan neft əsaslı qaz olmaqla balonlarda 12-16 bar təzyiqə malikdir. Sərfiyyatı benzindən 10-12% çoxdur (məsələn, 100 km-ə 10 litr benzin işlədən avtomobil həmin məsafəyə 11-11.2 litr propan sərf edəcək). Maye qaz balonları 80 faizdən artıq qazla doldurulmamalıdır. Dolum prossesində balona maye qazın (propan-butanla) vurulması 80%-ə çatdıqda multiklapan avtomatik doldurmanı dayandırır. 

Metan təbii qazdır. 200 bar işçi təzyiqlə balona doldurulur. Satışı litrlə deyil, kub metrlə aparılır. Sərfiyyatı benzindən 10%-dək azdır (məsələn, 100 km-ə 10 litr benzin işlədən avtomobil həmin məsafəyə 9-10 kubm metan sərf edəcək).

 

CNG (sıxılmış təbii qaz - metan) balonları neçə cür olur?

CNG (metan) balonları yalnız silindrik formada hazırlanır. Bu balonlar yüksək təhlükəsizlik standartları ilə, qaynaqsız istehsal olunur. CNG balonlarında işçi təzyiq 200 bar, test təzyiqi isə 300-350 bardır. İstismar müddəti 10 ildir. Ölçülərinə görə fərqli həcmlərdə hazırlanır. Ən çox tələbatlı həcmlər, 15, 20, 25 kubluq balonlardır.

 

LPG (maye qaz - propan) balonları neçə cür olur?

Formasına görə iki növə ayrılır – silindrik və toroidal. Avtomobilin baqajına, ramasına montaj olunmaqla yanaşı ehtiyat təkər yerinə qoyula bilər. LPG balonlarında işçi təzyiq 12-16 bardır. Ölçülərinə görə 42, 50, 53, 60, 88, 92, 102 və s. litrlik həcmlərdə hazırlanır. Tam həcmin 80%-i maye qazla doldurulur.

 

Qazla işləyən mühərrikin gücü azalır?

Müasir avadanlıqlarda 5%-dək gücün azalması normal hesab olunur.

 

Təhlükəsizlik üçün hansı klapanlar olur?

Mexaniki klapan – ventillə, sürət klapanı isə avtomatik olaraq qazın balondan çıxışını bloklayır. Kapot altında yerləşən elektroklapan isə qazın mühərrikə verilməsini kəsir.

 

Nə zamandan bir qaz avadanlığı yoxlanmalıdır?

Reqlament üzrə texniki xidmət həyata keçirildikdə, filtrlər dəyişildikdə (metan-20000 km, propan 10000 km) və yaxud ildə 2 dəfə avtoqaz sistemi yoxlanmalıdır.

 

Qazla işləyən mühərrikdə mütləq xususi alışdırma şamları istifadə olunmalıdır?

Avtomobillər üçün xüsusi olaraq qaz yanacağına hesablanmış alışdırma şamları hazırlanır. Avtoqaz sistemində bu növ şamların istifadəsi tövsiyə olunur. Lakin, istifadə etdiyiniz şamlar keyfiyyətli və saz vəziyyətdədirsə onları dəyişməyiniz vacib deyil.

 

Qaz avadanlığında reduktorun funksiyası nədən ibarətdir?

CNG balonlarında işçi təzyiq 200 bar, LPG balonlarında isə 12-16 bar olduğuna görə yanacaq silindrə püskürdülməzdən əvvəl təzyiqi azaldılmalıdır. Reduktor qaz xəttindən gələn təzyiqi atmosfer təzyiqinə qədər azaldır.

 

Qazla işləyən avtomobildə siqaret çəkmək olar?

Siqaret çəkmək sağlamlığa ziyandır, lakin avtomobil üçün təhlükəli deyil.

Sual və ya təklifiniz var?

MƏSLƏHƏTÇİMİZLƏ BU BARƏDƏ DANIŞA BİLƏRSİNİZ

Sorğu göndər