• Bakı-Şamaxı yolu 1,
    Ekologiya postunun yaxınlığı
  • +994 (50) 962 22 99
    info@metaqaz.az
about-banner-image

ƏLAQƏ

  • Bakı-Şamaxı yolu 1, Ekologiya postunun yaxınlığı
  • +994 50 962 22 99
  • info@metaqaz.az
Avtoqaz sistemi ilə təchiz olunmuş avtomobilin istismar təlimatı PDF YÜKLƏ

Əgər siz orta hesabla gün ərzində 250 km məsafə qət edirsinizsə və avtomobiliniz 100 km məsafəyə 10 litr 92 oktanlı benzin sərf edirsə, yanacaq xərcləriniz:

 

Benzin (Ai92)

25 litr x 0.9 AZN/litr = 22.5 AZN

Metan

22.5 kubm x 0.45 AZN/litr = 10.125 AZN

Propan

27.5 litr x 0.45 AZN/litr = 12.375 AZN

 

Metaqazla yanacaq xərclərinizə qənaət:

 

Metan

Gündəlik qənaət

12.375 AZN

Aylıq qənaət

309.375 AZN

İillik qənaət

3712.5 AZN

 

Propan

Gündəlik qənaət

10.125 AZN

Aylıq qənaət (25 iş günü)

253.125 AZN

İillik qənaət

3037.5 AZN

 

Qaz-dizel – Xərcləri ixtisara sal

Qaz-dizel —  dizel mühərriki qaz yanacaq sistemi ilə təmin olunur. Qaz yanacağı sıxılma anında silindrə verilən az miqdar dizel yanacağının hesabına alışır.

 

Dizel mühərrikinə qaz avadanlığı quraşdırıldıqda dizle yanacağının böyük hissəsi qazla əvəzlənir. Lakin, dizel yanacağı, yanacaq qarışığının alışması və dizel forsunkalarının iş qabiliyyətini saxlamaqdan ötrü istənilən halda istifadə olunur (metanda 20-30%, propanda 35-40%).

 

Qaz-dizelin üstünlükləri

Qənaət : qaz-dizel avadanlığının quraşdırılması yanacaq xərclərini əhəmiyyətli şəkildə azaldır. Mühərrikin resursu artır: CNG-sıxılmış təbii qazın tərkibində yanmayan tullantılar və qurumlar olmadığına görə mühərrikdə qətranlaşma yaranmır Ekoloji:  təbii qazda zərərli tullantıların miqdarı bütün yanacaqlardan daha azdır

 

Avtoqaz sisteminin yanacağı birbaşa püskürdülən (GDI, FSI, TSI, TFSI) mühərriklərə quraşdırılması

 Yanacağı birbaşa püskürdülən mühərriklərdə benzin forsunkaları birbaşa silindr başlığında yerləşir, giriş kollektorunda deyil. Buna görə də təcrübəsiz ustalar məhdud imkanları olan avadanlıq quraşdırdığı halda benzin forsunkalarının yüksək temperaturdan sıradan çıxması baş verir.

Bu tip mühərriklərə quraşdırılan avadanlıqlar mühərrikin xüsusi iş alqoritminə uyğun işləməli və eyni zamanda benzin forsunkalarından təyin olunan vaxtlarda az miqdarda (15-20%) benzin püskürdülməlidir. Bu forsunkaları soyutmaqla yanaşı onlarda kokslaşmanı aradan qaldırır.

Sual və ya təklifiniz var?

MƏSLƏHƏTÇİMİZLƏ BU BARƏDƏ DANIŞA BİLƏRSİNİZ

Sorğu göndər