• Bakı-Şamaxı yolu 1,
    Ekologiya postunun yaxınlığı
  • +994 (50) 962 22 99
    info@metaqaz.az
about-banner-image

ƏLAQƏ

  • Bakı-Şamaxı yolu 1, Ekologiya postunun yaxınlığı
  • +994 50 962 22 99
  • info@metaqaz.az
Avtoqaz sistemi ilə təchiz olunmuş avtomobilin istismar təlimatı PDF YÜKLƏ
  • avtomobillərə CNG və LPG avtoqaz sistemlərinin quraşdırılması
  • CNG və LPG avtoqaz sistemli avtomobillərin təmiri
  • avtoqaz sisteminin sazlanması və tənzimlənməsi
  • diaqnostika və servis xidmətləri
  • avadanlığın demontajı
  • CNG və LPG yanacaq təminatı

Qaz avadanlığının təmiri və reqlament üzrə xidmət

Metaqaz həm CNG, həm də LPG avtoqaz sistemləri ilə təchiz olunmuş bütün avtomobillərə peşəkar servis xidmətləri və təmir işlərini həyata keçirir.

Avtoqaz sisteminin tənzimlənməsi

Avtoqaz sisteminə mütəmadi olaraq qulluq göstərmək və vəziyyətini nəzarətdə saxlamaq tələb olunur. Xüsusən qazı mühərrikin yüklənməsindən asılı olaraq aşağı təzyiqə çevirən reduktor yeyilmələrə məruz qalır.

Avtoqaz sisteminin quraşdırılması zamanı, reqlament üzrə filterlər dəyişilərkən və mütəxəssisiən rəyi əsasında tənzimlənə bilər. Əmin olmaq lazımdır ki, avtomobilin alışdırma sistemi (şamlar, babinlər və yüksək gərginlik naqilləri) saz vəziyyətdədir. Düzgün olmayan tənzimləmələr mühərrikin qızmasına və çıxış klapanlarının, katalitik neytralizatorun yanmasına gətirib çıxara bilər.

Avtoqaz sisteminin diaqnostikası

Qaz yanacaq sisteminin düzgün tənzimlənməsi üçün müdəmadi olaraq sistemin diaqnostikasına ehtiyac var.

Reglament üzrə ilk diaqnostika 1500-2000 km yürüşdən sonra həyata keçirilir. Daha sonra isə lazım gəldikdə, LPG sistemində 10000 km, CNG sistemində isə 20000 km-dən bir diaqnostika olunmalıdır. Reqlamentdən kənar yoxlamalar aşağıdakı hallarda aparılır:

 

  • mühərrikin işə düşməsində qeyri stabillik yarandıqda
  • avtomobilin dinamikası pisləşəndə
  • salonda qaz iyi olduqda
  • mühərrikdə təkləmələr yarandıqda
  • yanacaq sərfiyyatı artdıqda
  • mühərrikdə qızmalar yarandıqda

 

Sual və ya təklifiniz var?

MƏSLƏHƏTÇİMİZLƏ BU BARƏDƏ DANIŞA BİLƏRSİNİZ

Sorğu göndər