• Bakı-Şamaxı yolu 1,
    Ekologiya postunun yaxınlığı
  • +994 (50) 962 22 99
    info@metaqaz.az
about-banner-image

* Avtoqaz sistemlərinin quraşdırılmasında böyük təcrübə - biz 2007-ci ildən qaz avadanlıqlarının quraşdırılması ilə peşəkar səviyyədə məşğuluq

* Biz bu sahədə ixtisaslaşmış və qaz avadanlıqlarının quraşdırılması, sınağı və yanacaq təminatı da daxil olmaqla kompleks xidmətlər göstərən yeganə şirkətik. Bu isə bizə istənilən çətin problemi asanlıqla həll etməyə imkan verir.

* Biz avtoqaz sistemləri sahəsində №1 olan ən yaxşı İtaliya avadanlıqları ilə işləyirik

* Bizim mütəxəssislərimiz mütəmadi olaraq xarici tərəfdaşlarımızın ixtisasartırma təlimlərində iştirak edir.

* Biz keyfiyyətli avadanlıqları sərfəli qiymətlərə təklif edə bilirik

* Biz uzun müddətli və etibarlı tərəfdaşıq. 10 ildən artıqdır ki, avtomobillərə qaz avadanlığının quraşdırılmasını və yanacaq təminatını həyata keçiririk. Bizi 10 ildən sonra da həmin ünvanda tapmaq mümkündür.

* Biz quraşdırdığımız avtoqaz sistemlərinə 2 il və ya 10000 km yürüş zəmanəti verir və bunun məsuliyyətini dərk edirik.

* Biz quraşdırılan qaz balonunu sizin istədiyiniz rəngdə boyaya bilərik )

choose-image

Avtomobillərə qaz avadanlığının quraşdırılması

Hazırda avtomobillərə LPG və CNG qaz avadanlıqlarının quraşdırılması yanacaq xərclərinə 45-55% (Ai92 benzinlə müqayisədə), 65-70% (Ai95 benzinlə müqayisədə) qənaət etməyə imkan verir.
Metaqaz şirkəti yanacağı birbaşa püskürdülən mühərriklər də (TSI, GDI, Ecoboost) daxil olmaqla bütün növ benzin və dizel (əsasən yük və kommersiya avtomobilləri) mühərriklərinə qaz avadanlıqlarını quraşdırır. Təklif etdiyimiz bu avadanlıqlar dünyanın nəhəng avtomobil istehsalçılarının konveyerində zavod zəmanətinin saxlanması ilə quraşdırılır.

Avtomobilin qaza keçirilməsi yanacaq xərclərinə qənaət etməyin ən doğru yoludur. Bu sərfəli olmaqla yanaşı mühərrikin resursunu artırır və atmosferə buraxılan zərərli tullantıları minimuma endirərək ekologiyanı qorumağımıza şərait yaradır.

Avtoqaz sistemi avtomobildən asılı olaraq 6-10 saat ərzində quraşdırılır. Avadanlığın montajı bitdikdən sonra sistemin sazlanması və avtomobilin testi həyata keçirilir. Bütün bunlardan sonra avtomobil sahibinə təhvil verilir.

Qaz yanacağı ilə işləyən mühərrik yalnız keyfiyyətsiz, uyğun seçilməyən avadanlıq və yanacaq sisteminin səhv sazlanması səbəbindən müxtəlif ziyanlar görə bilər.

Qaz avadanlığı quraşdırılmazdan əvvəl avtomobil mütləq texniki vəziyyəti yoxlanılır və diaqnostika olunur. Bəzən avtomobillərin elektrik sistemi, alışdırma şamları, katalitik neytralizator, oksigen sensorları, qaz paylama mexanizmindəki nasazlıqların aradan qaldırılmasına ehtiyac olur. Texniki baxımdan nasaz mühərriklər qaz yanacağı ilə də qeyri-stabil işləyir.

fxbxvbxvb