• Bakı-Şamaxı yolu 1,
    Ekologiya postunun yaxınlığı
  • +994 (50) 962 22 99
    info@metaqaz.az
about-banner-image

ƏLAQƏ

  • Bakı-Şamaxı yolu 1, Ekologiya postunun yaxınlığı
  • +994 50 962 22 99
  • info@metaqaz.az
Avtoqaz sistemi ilə təchiz olunmuş avtomobilin istismar təlimatı PDF YÜKLƏ
manufacture-image
Hazırda avtomobillərə LPG və CNG qaz avadanlıqlarının quraşdırılması yanacaq xərclərinə 45-55% (Ai92 benzinlə müqayisədə), 65-70% (Ai95 benzinlə müqayisədə) qənaət etməyə imkan verir.

Metaqaz şirkəti yanacağı birbaşa püskürdülən mühərriklər də (TSI, GDI, Ecoboost) daxil olmaqla bütün növ benzin və dizel (əsasən yük və kommersiya avtomobilləri) mühərriklərinə qaz avadanlıqlarını quraşdırır. Təklif etdiyimiz bu avadanlıqlar dünyanın nəhəng avtomobil istehsalçılarının konveyerində zavod zəmanətinin saxlanması ilə quraşdırılır.

Avtomobilin qaza keçirilməsi yanacaq xərclərinə qənaət etməyin ən doğru yoludur. Bu sərfəli olmaqla yanaşı mühərrikin resursunu artırır və atmosferə buraxılan zərərli tullantıları minimuma endirərək ekologiyanı qorumağımıza şərait yaradır.

Avtoqaz sistemi avtomobildən asılı olaraq 6-10 saat ərzində quraşdırılır. Avadanlığın montajı bitdikdən sonra sistemin sazlanması və avtomobilin testi həyata keçirilir. Bütün bunlardan sonra avtomobil sahibinə təhvil verilir.

Qaz yanacağı ilə işləyən mühərrik yalnız keyfiyyətsiz, uyğun seçilməyən avadanlıq və yanacaq sisteminin səhv sazlanması səbəbindən müxtəlif ziyanlar görə bilər.

Qaz avadanlığı quraşdırılmazdan əvvəl avtomobil mütləq texniki vəziyyəti yoxlanılır və diaqnostika olunur. Bəzən  avtomobillərin elektrik sistemi, alışdırma şamları, katalitik neytralizator, oksigen sensorları, qaz paylama mexanizmindəki  nasazlıqların aradan qaldırılmasına ehtiyac olur. Texniki baxımdan nasaz mühərriklər qaz yanacağı ilə də qeyri-stabil işləyir.

Sərfəli

Metaqaz avtoqaz sistemləri ilə yanacaq xərclərinizə təqribən 50% qənaət edəcəksiniz. Müqayisəni ən ucuz-Ai92 markalı benzinlə aparsaq, yanacaq xərclərinə qənaət: CNG sistemində 50-55%, LPG sistemində isə 45%-dir. Misal üçün eyni məsafəyə benzin (Ai92) xərcləriniz 10 manatdırsa, CNG ilə 4,5-5 manat, LPG sistemində isə 5,5 manat olacaq.

Təhlükəsiz

Avtoqaz sistemləri (xüsusən CNG) yüksək təhlükəsizlik tələblərinə cavab verir. Buna görə də bir çox inkişaf etmiş ölkələrdə sərnişindaşımada qazla işləyən avtobuslar geniş tətbiq olunur. Avtoqaz sistemlərində təhlükəsizlik Beynəlxalq və yerli standartlarla tənzimlənir. Metaqaz bu standartlara ciddi riayət edir. Müasir və keyfiyyətli avtoqaz sistemi müvafiq lisenziyalı, sertifikatlaşdırılmış servis stansiyasında peşəkar montaj olunarsa benzində daha təhlükəsizdir.

Ekoloji təmiz

Bütün dünyada nəqliyyat vasitələrinə qoyulan ekoloji tələblər getdikcə sərtləşir. Buna görə də avtomobillərin qaz (xüsusən CNG) yanacaq sistemləri ilə təchiz olunmasına tələbat daha da artır.

Benzinlə müqayisədə CNG və LPG sistemləri daha ekolojidir.

  • Sərfəli
  • Təhlükəsiz
  • Ekoloji təmiz

Sual və ya təklifiniz var?

MƏSLƏHƏTÇİMİZLƏ BU BARƏDƏ DANIŞA BİLƏRSİNİZ

Sorğu göndər