• Bakı-Şamaxı yolu 1,
    Ekologiya postunun yaxınlığı
  • +994 (50) 962 22 99
    info@metaqaz.az
about-banner-image

ƏLAQƏ

  • Bakı-Şamaxı yolu 1, Ekologiya postunun yaxınlığı
  • +994 50 962 22 99
  • info@metaqaz.az
Avtoqaz sistemi ilə təchiz olunmuş avtomobilin istismar təlimatı PDF YÜKLƏ

Avtomobilə qaz avadanlığı quraşdırılmazdan əvvəl DYP-nin bu haqda müvafiq icazəsini, yəni ilkin texniki ekspertizadan sonra məhz həmin avtomobilə qaz avadanlığının quraşdırılmasının mümkünlüyü haqqında razılığı almaq vacibdir. Bunun üçün www.dyp.gov.az saytındakı online müraciət və ya ərizə formasını dolduraraq müraciətinizi müvafiq struktura bildirə bilərsiniz.
Avtomobilə qaz yanacaq sisteminin quraşdırılması işlərinin Yol hərəkətinin təhlükəsizliyi üzrə Elmi tədqiqat institutunun  (laboratoriyanın) rəyinə uyğun olaraq yerinə yetirilməsinə icazə  verilir.

BDYPİ-də avtomobilə texniki rəy verilir.

İlk olaraq Nəqliyyat vasitəsinin konstruksiyasında standartlara, qayda və normalara əməl  olunması barədə tələbnamə əldə edilir  - https://dyp.gov.az/?/az/online/

Sonra avtomobilin təkrar qeydiyyatı üçün ərizə yazırsınız - https://dyp.gov.az/?/az/online/

DYP-ə elektron qaydada müraciət oluna bilər. 

Qaydalara görə nəqliyyat vasitələrinin işçi funksiyalarının dəyişdirilməsi zamanı Dövlət Yol Polisindən, ərazi üzrə qeydiyyat-imtahan bölməsindən və ya müayinə mərkəzindən avtomobilin texniki vəziyyəti barədə texniki baxış aktı tələb oluna bilər.

Sorğu qeydiyyata alındığı tarixdən 20 gün ərzində nəqliyyat vasitəsinin avadanlıqla təchiz olunmasına razılıq verilməsi barədə qərar qəbul olunur. Qaz avadanlığı və avtomobilinizdə texniki uyğunsuzluq olmazsa, avtomobildə qaz avadanlığının quraşdırılmasına icazə verilir. Daha sonra qaz avadanlığı quraşdırılır və siz texniki baxışdan keçərək avtomobilinizi qeydiyyata aldırırsınız.

Sual və ya təklifiniz var?

MƏSLƏHƏTÇİMİZLƏ BU BARƏDƏ DANIŞA BİLƏRSİNİZ

Sorğu göndər